Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonununda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edildi.

29 dekabr 2019 | 16:00

Samux Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında qeyd etdi ki, Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Əliyeva Güləbətin öz geniş çıxışının sonunda bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mövzu ətrafında Mərkəzin əməkdaşı Namazlı Ceyhunə, Azərbaycan Texnologiya Universitetinin magistri Əsgərov İsgəndər, Samux şəhər 2 saylı məktəbin şagirdi Qarayeva Nurcan çıxışlarını davam etdirdilər. Tədbir diskussiya şəklində yekunlaşdırıldı.

Keçidlər