Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

14 dekabr 2019 | 16:00

YAP Samux rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Növbəti görüş bu gün Sərkar kəndində və Qovlarsarı kəndlərinin seçiciləri ilə keçirilib.
Görüşlərdə YAP-ın Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin sədri Gündüz Bayramov, YAP-ın Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin üzvü Şakir Məmmədov iştirak ediblər.
YAP-ın Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. G.Bayramov müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin demokratikləşməsindəki müstəsna yeri və rolu, ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizin əldə etdiyi misilsiz siyasi, iqtisadi, sosial, mədəni nailiyyətlər, əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə icra olunan sosial layihələr, ölkəmizdə yerli özünü idarəetmə strukturları olan bələdiyyə institutunun inkişafı və fəaliyyət mexanizmi üçün yaradılmış zəruri qanunvericilik bazası, xüsusilə son dövrdə bələdiyyələrin maliyyə mənbələrində yaradılmış yeni imkanlar və bələdiyyələrlə bağlı görüləcək işlər haqqında seçicilərə ətraflı məlumat verib. Gündüz Bayramov bütün seçiciləri seçki günü seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.
Yığıncaqda çıxış edən Şakir Məmmədov çıxış edərək seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Keçidlər