Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 23 dekabr Bələdiyyə seçkiləri ilə bağlı təhsil işçiləri ilə görüş keçirildi.

19 dekabr 2019 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 23 dekabr Bələdiyyə seçkiləri ilə bağlı təhsil işçiləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bələdiyyələrin fəaliyyətindən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.
Sonra Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək qeyd etdi ki, bələdiyyələr demokratik bir təsisiatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün 20-dən artıq qanun qəbul olunub ki, beynəlxalq standartlara cavab verir. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Daha sonra tədbir iştirakçılarından Sevil Vəkilova - İnstitut tam orta məktəbin müəllimi, Raminə Həsənova - Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi və başqaları çıxış edərək vurğuladılar ki, Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Ölkəmizin həyatında mühüm və əhəmiyyətli bir hadisə olan bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün hər birimiz fəal olmalı, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

Keçidlər