Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

20 dekabr 2019 | 16:00

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 7 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan  2 nəfər torpaq  ilə bağlı, 2  nəfər məşğulluq ilə bağlı, 1 nəfər aldadılaraq pulunun alınması ilə bağlı və 2 nəfəri isə sənədləşmə ilə bağlı müraciət  etmişdir.
Dinlənilmiş müraciətlərin  və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər