Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Sözün sehri” adlı tədbir təşkil olundu.

13 dekabr 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan şairi , mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Sözün sehri” adlı növbəti tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova dahi mütəfəkkir Imadəddin Nəsiminin dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə etdiyindən , filosof-şairin poeziyasının çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanmasından geniş bəhs etdi. Mərkəzin elmi işçisi Əliyeva Güləbətin öz çıxışında İmadəddin Nəsiminin mükəmməl təhsil alması,bir çox elmlərdən xəbərdar olması və onun qeyri adi düha olmasından bəhs etdi. UGİM-in müdiri Həsənova Məhəbbət mövzu ətrafında çıxışlarını davam etdirdi.

Keçidlər