Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

12 dekabr 2019 | 16:00

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin vəfatından 16 il ötür. Respublikamızın hər yerində olduğu kimi, Samux rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisi ilə qeyd edilib.

 Samux rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbir Ulu Öndərin Heydər Parkında ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulması ilə başladı. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıclığını əks etdirən şəkillərə baxdılar.
Tədbiri  giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu H.Əliyevin xalqımızın qarşısında göstərtdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz bayramov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənmiş və regionda lider dövlətə çevrilmişdir. Daha sonra natiq qeyd etdi ki, Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.

Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açıldı, ruhuna dualar oxundu.

Keçidlər