Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində "Əsgərimə məktub" layihəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi.

06 dekabr 2019 | 16:00

06.12.2019-cu il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində "Əsgərimə məktub" layihəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarını salamladı və əsgərlərimizə yazılan məktubları həyəcansız oxumağın mümkünsüz olduğunu və layiq olanın seçilməsinin asan olmadığını vurğuladı. Daha sonra söz XXI əsrin sərhəd qoşunlarının ilk milli qəhrəmanı Elton İsgəndərovun atası Xaləddin İsgəndərova daha sonra isə 2016-cı ilin Aprel savaşlarında könüllü, mülkü şəhidimiz Fərman Əsədlinin atası Elçin Əsədli , Qarabağ Əlilləri və şəhid ailələri ictimai birliyinin Samux rayon bölməsinin əməkdaşı Elvin Əliyev, Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev, Samux rayon İcra Hakimiyyəti Aparatının humanitar ictimai siyasi şöbənin əməkdaşı Səfərov Elvar, "Yeni Samux" qəzetinin baş redaktoru Azər Əhmədov , "Azərbaycan orden"li Qarabağ savaşları qazisi Atakişiyev Həsən, Aprel qazisi Qarayev Rəşad mövzu haqqında fikirlərini söylədilər. Sonra az yaşlılar arasında I yerə layiq görülmüş Samux şəhər 3 saylı məktəbin IV sinif şagirdi Yusifzadə Mələk xanım Şahlar qızı , böyük yaşlı uşaqlar arasında I yerin sahibi Yuxarı Ağasbəyli kənd tam orta məktəbin VI sinif şagirdi Abdullayeva Nərmin Mirdamət qızı , II yerin sahibi Qarayeri qəsəbə 1 saylı məktəb liseyin IX sinif şagirdi Həsənov Nihad Asəf oğlu , III cü yerin sahibi Quliyeva Qaratel Müşfiq qızı diplom və hədiyyələrlə təltif edildilər. Qalib gələn uşaqların ifasında vətənpərvərlik dolu şeirlər səsləndirildi. Sonda Mərkəzin direktoru Nuranə Həsənova uşaqlara uğur arzuladı və Vətən üçün çalışmağın nə qədər böyük , şərəfli iş olmasını xüsusilə vurğuladı. Qlib gələn uşaqları həvəsləndirmək və onlara dəstək olmaq məqsədilə tədbirə təşrif buyurmuş hər kəsə bir daha təşəkkür etdi və sonda xatirə şəkli çəkildi.

Keçidlər