Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Beynəlxaq Könüllülər Günü” münasibəti ilə növbəti görüş keçirildi

05 dekabr 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxaq Könüllülər Günü münasibətilə Könüllülük həftəsi çərçivəsində “Samux könüllüləri” adı altında gənclərlə görüş keçirildi. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux Rayon İdman və Gənclər İdarəsinin rəhbəri Rəşad Qarayev, Samux Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə baş məslətçisi Səfərov Elvar, Samux rayonu “Yeni Samux” qəzetinin baş redaktoru Əhmədov Azər görüşdə könüllülük fəaliyyəti haqqında geniş söhbət açılmış, bu fəaliyyətə qoşulmaq istəyən gənclərin istək və tələbləri dinlənilmişdir. Könüllü olaraq müraciət edən hər kəs üçün istənilən dəstəyin verilməsi üçün hər zaman hazır olduqlarını bildirdilər.
Sonda Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Mərkəzin daim gənclərimizin həmçinin könüllülərində üzünə açıq olduğunu vurğuladı. Onlara uğurlar arzuladı.

Keçidlər