Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda nöbəti “Əmək Yarmarkası” keçirildi

13 noyabr 2019 | 16:00

İşsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux Rayon Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə,təşkilatların və sahibkarların  köməyi  ilə     “Əmək Yarmarkası -2019”  keçirilmişdir.
“Əmək Yarmarkası” nın keçirilməsinə dair qəsəbə və kəndlərdə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.
“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 19  idarə, müəsissə , təşkilat  və fiziki şəxsdən 148 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 10 dövlət, 8 qeyri-dövlət müəssisələri, 1 iş yeri isə fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən  114, qeyri-dövlət müəssisələri tərəfindən 29, fiziki şəxslər tərəfindən isə 5 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 250,00 manat, maksimum əmək haqqı isə 700,00 mant təşkil etmişdir.
Yarmarkada  250 nəfər vətəndaş iştirak etmiş, 82 nəfər vətəndaşa münasib iş yerlərinə göndərişlər verilmişdir.
Sonda iş yerlərinə göndəriş almış vətəndaşlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər