Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sarıqamış kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

13 noyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sarıqamış kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əhmədov Əhməd Nəsib oğlu Sarıqamış kəndində uşaq bağcasının tikilməsini xahiş etdi.
2. Cümşüdov Şakir İkram oğlu kənd arası yolların çınqıllanmasını xahiş etdi.

3. Qafarova Gültəkin Nazim qızı kənd ərazisində elektrik naqillərinin yenisi ilə əvəz olunmasını və qəzalı dirəklərin yenisi ilə dəyişdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər