Şriftin ölçüsü :

Saytın rəngi :

Samux gənclərinin “9 noyabr Bayraq günü” münasibəti ilə karaoke musiqi müsabiqəsi keçirildi.

07 noyabr 2019 | 16:00

7 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə "9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı  Günü" münasibətilə  "Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim" devizi altında vətənpərvərlik mövzusunda karaoke müsabiqəsi təşkil edildi. Müsabiqə gənclər tərəfindən böyük maraqla qarşılandı. Yarışda hər məktəbdən 2 gənc olmaqla  20 tam orta məktəb  iştirak etdi.  Karaoke müsabiqəsində iştirak edənlərin oxuduqları mahnılar  münsiflər heyyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi. Münsiflər heyyətinin tərkibində  Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev, Təhsil Şöbəsinin nümayəndəsi Sabitə Nəsibova və Heydər Əliyev Mərkəzinin nümayəndəsi Səhanə Tağıyeva yer alırdı. Vətənpərvərlik, vətəndaşlıq və azərbaycançılıq hisslərinin təbliğ olunduğu xalq mahnıları əllərində üç rəngli, ay-ulduzlu bayraq tutan  gənclər tərəfindən böyük həvəslə oxundu. Münsiflər heyyətinin yekun qərarına əsasən karaoke müsabiqəsinin qalibi Qarayeri qəsəbə 1 saylı məktəb-lisey  gənci Jalə Orucova oldu. 2-ci yerə Samux şəhər 1 saylı məktəb-lisey gənci Rəvan Məhərrəmov, 3-cü yerə isə Lək kənd tam orta məktəb gənci Ayşən Hüseynova layiq görüldü. Qaliblər "09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münsaibətilə təşkil ediləcək yürüşdə mükafatlandırılacaq .   Qalibləri təbrik edirik.

Keçidlər