Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "09 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibətilə tədbirlərə start verildi.

06 noyabr 2019 | 16:00

Samux şəhəri Heydər Əliyev adına istirahət parkında Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  "Bayraqdar" Milli İntellektual oyunu təşkil edildi. Tədbiri təşkil etməkdə məqsəd  "09 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü"nü təntənəli şəkildə qeyd etmək, gənclər arasında azərbaycançılıq , vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə " Dövlət Proqramının müvafiq bəndinin  icrasını təmin etməkdir. Oyun qaydalarına əsasən     ümumi komandalara veriləcək açar sualı tapan komanda digər pillələrə keçməklə sonda yarış keçiriləcək ərazidə gizlədilmiş bayrağı tapmalı idi.  Suallar əraziyə uyğun olaraq tərtib olunmuşdur. Sualların cavabları Heydər Əliyev Mərkəzindəki eksponatların, rəsm əsərlərinin nümayiş olunduğu otaqlarda , Heydər Əliyev adına istirahət parkında və Tarix diaşünaslıq Muzeyinin ətrafında  gizlədilmişdir. "Bayraqdar" Milli İntellektual oyununun qalibi  Lək kənd tam orta məktəbi oldu. 2-ci yerə Zazalı kənd tam orta məktəb komandası, 3-cü yerə isə Samux şəhər 2 saylı tam orta məktəb komandası layiq görüldü. Qaliblər "9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə təşkil ediləcək yürüşdə mükafatlandırılacaqlar.

Keçidlər