Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Məktəblər Arasında Respublika Çempionatı" nın II mərhələsi ( rayondaxili yarışlar) davam edir.

04 noyabr 2019 | 16:00

04 noyabr  2019-cu il tarixdə Samux şəhər 2 saylı tam orta məktəbin idman zalında  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnamədəki qrafikə uyğun olaraq basketbol üzrə  rayon birinciliyi təşkil edildi. Hakimlərin yekun protokoluna əsasən 1-ci yerə Ziyadlı kənd tam orta məktəb komandası, 2-ci yerə Samux şəhər 1 saylı məktəb-lisey komandası, 3-cü yerə isə Samux şəhər 3 saylı tam orta məktəb komandası  layiq görüldü.   1 və 2-ci yeri tutan komandalar  III mərhələdə (zona yarışları) Samux rayonunu təmsil edəcək. Qalib komandaları təbrik edir, zona mərhələsində uğurlar arzulayırıq.

Keçidlər