Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu gənclərdən “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə möhtəşəm yürüş keçirildi

18 oktyabr 2019 | 16:00

Bu gün Samux rayonunda Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr-Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti” ilə rayon gənclərinin möhtəşəm yürüşü keçirildi.
“Müstəqilliyimiz əbədidir” devizi altında keçirilən yürüş Samux şəhərinin mərkəzindən start götürərək Ulu Öndər Heydər Əliyevin adını daşıyan rayonun mərkəzi istirahət parkında başa çatmışdır.
Mindən çox gənc Heydər Əliyev prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı parka gəlib. Əllərində Azərbaycan Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər “18 oktyabr - Milli Müstəqillik günüdür!”, “Yaşasın müstəqil Azərbaycan!”, “Müstəqilliyimiz əbədidir!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir!” şüarlarını səsləndiriblər.
Parkda konsert proqramı ilə davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Samux rayon Mədəniyyət evinin işçisi Asim Quliyev bayram tədbirini açıq elan edərək bütün Azərbaycan xalqını “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından ətraflı danışılıb. Bu gün əsası Ümummili Lider tərəfindən qoyulan dövlət siyasətinin onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin inkişafında olan misilsiz xidmətləri də böyük minnətdarlıq hissi ilə qeyd olunub.
Sonra gənclər bir-birindən rəngarəng konsert proqramı ilə çıxış ediblər

Keçidlər