Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü” münasibəti ilə tədbirlər keçirilir.

17 oktyabr 2019 | 16:00

Bu gün Samux rayon Heydər Əliyev Mərkəzində “18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü” ilə əlaqədar olar olaraq Samux şəhər 1 saylı lisey məktəbin şagirdləri ilə birlikdə tədbir təşkil edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova 18 oktyabr Müstəqillik gününün böyük tarixi əhəmiyyətindən bəhs etdi. O çıxışında bildirdi ki, Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı.müstəqilliyini bərpa etmək imkanı verdi. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
Mövzu ətrafında çıxışı Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Əliyeva Güləbətin öz geniş nitqini söylədi. Daha sonra Mərkəzin əməkdaşı Əliyeva Gülnur, Samux şəhər 1 saylı məktəb liseyin müəllimi Aslanova Nuriyə, Uşaq birliyinin rəhbəri Səfərova Lamiyə çıxışları davam etdirdilər. Çıxışlar bitdikdən sonra şagirdlər hazırladıqları kompozisiyanı təqdim etdilər. Tədbir məktəblilərlə diskussiya şəklində davam etdirildi. Onlar Müstəqillik günümüz, onun əhəmiyyəti haqqında bildiklərini paylaşdılar. Sonda onlar gələcəkdə bizə miras qoyulmuş əvəzsiz nemət olan müstəqilliyimizin qorunması yolunda çalışacaqlarını səsləndirdilər. Gələn il Müstəqillik günün Qarabağımızın düşmənlərdən azad olunması tarixi olmasını arzuladılar.

Keçidlər