Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Samuxda vətəndaşları qəbul edib

11 oktyabr 2019 | 16:00

11 oktyabr 2019-cu ildə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Samuxda şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.
Samux rayonunda keçirilən qəbulda Gəncə şəhər, Göygöl, Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədr müavini görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, 2020-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul,  namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da B.Xəlilov tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər