Şriftin ölçüsü :

Saytın rəngi :

Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılışı oldu.

09 oktyabr 2019 | 16:00


Açılış mərasimində Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.
Samux  Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev bağçanın istifadəyə verilməsi münasibəti ilə valideynləri, bağçanın kollektivini, uşaqları, bütün Qəsəbə sakinlərini təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə Respublika Prezidenti, cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Samuxda da uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir.
Tədbirdə çıxış edən şəhid anası Müxək Məmmədova qeyd etdi ki, bu gün sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, o cümlədən də Samuxda gələcəyimiz olan körpələrə belə diqqət və qayğı göstərilir. Bağçanın əvvəlki vəziyyəti ilə indiki dövrünü müqayisə edəndə  belə yüksək səviyyədə yaradılan şəraiti gələcəyimiz olan uşaqlarla bağlı atılan ən uğurlu addım kimi qiymətləndirmək olar. Görülən bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin uşaqlara olan sonsuz diqqəti və qayğısı dayanır. Buna görə biz samuxlular da rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığımızı çatdırırıq.
Alabaşlı qəsəbə tam orta məktəbin müəllimi Ulduz Əliyev çıxış edərək qeyd edib ki, bu gün bu sevinc payından təkcə bağça işçilərinə deyil, bütün qəsəbə sakinlərinə pay düşür. Bu sevinci isə bizlərə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyi bəxş edir.
Bağçada tərbiyə alan uşaqlar şeirlərini səsləndirdikdən sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 20 yerlik yeni bağçada bir qrup fəaliyyət göstərəcək. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bağça müasir istilik sistemi ilə təmin olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb.

Keçidlər