Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

09 oktyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseyinova Aygün Sabir qızı Alıuşağı kəndi ərazisində yeni müasir üslubda tibb məntəqəsinin inşa edilməsinə köməklik göstərilməsini xahiş etdi.
2. Bağırov Mürvət Əli oğlu elektrik dirəklərinin bərpa olunmasını və yenilərinin quraşdırılmasını təklif etdi.
  3. Rzayeva Zərifə Məmməd qızı həyatyanı torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

 

Keçidlər