Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənin Müdafisinə Hazıram" Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyinin qalibi məlum oldu.

08 oktyabr 2019 | 16:00

"Vətənin Müdafisinə Hazıram" Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyinin qalibi məlum oldu. 08 oktyabr 2019-cu il tarixində Samux şəhər 1 saylı məktəb-liseyində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin Müdafiəsinə Hazıram" Poliatlon çoxnövçülüyü üzrə Samux rayon birinciliyi təşkil olundu . Yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik və vətənə məhəbbət hissini artırmaq, onları vətənin müdafiəsinə mənəvi və fizili cəhətdən hazırlamaq, rayon birinciliyinin qalibini müəyyənləşdirmək, idmanın kütləviliyini artırılmasıdır. Yarışın yekun protokoluna əsasən 1-ci yerə Samux şəhər 1 saylı məktəb-lisey, 2-ci yerə Ziyadlı kənd tam orta məktəbi, 3-cü yerə Qarabağlar kənd tam orta məktəbi layiq görüldü. Qalib komanda Mingəçevir şəhərində təşkil olunacaq zona yarışında rayonumuzu təmsil edəcək.

Keçidlər