Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonundan idmançılar Göygöldə cüdo üzrə region birinciliyində iştirak etmişlər

02 oktyabr 2019 | 16:00

Göygöldə Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsi üzrə keçirilən birincilikdə Gəncə, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir və Samux cüdoçuları mübarizə aparıblar.
Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomu və medallar təqdim olunub.
Qeyd edək ki, növbəti region birinciliyi Naftalanda keçiriləcək.

Keçidlər