Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Milli-mənəvi dəyərlərimiz və xalçaçılıq” mövzusunda seminar keçirilib.

27 sentyabr 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimiz və xalçaçılıq” mövzusunda seminar keçirilib. Seminarı açıq elan edən Samux Rayon Heydər Əliyev Mərkəzinin əməkdaş Qılıcova Zenfira öz çıxışında milli mənəvi dəyərlərimizn qorunmasında  geniş nitq söylədi. O, vurğuladı ki, milli mənəvi dəyərlərimizə sahib çıxmaq hər kəsin borcudur. Xalqımız qədimdən olduqca zəngin mənəvi aləmə sahib olmuşdur. Dünyanın ən qədim xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda da bu ənənlərin qədim tarixi vardır. Xalçalarımız isə mənəvi dəyərlərimizi özündə əks etdirən ən parlaq güzgüdür. Seminar iştirakçılarına öncə xalçaçılıq haqqında geniş məlumat verildikdən sonra, xalçaçılıqdan bəhs edən qısa videoçarx izləndi. Daha sonra iştirakçılarla xalça naxışları, onların daşıdığı mənalar, mənəvi dəyərlərimizlə sıx surətdə bağlılığı haqqında Mərkəzin əməkdaşları Namazova Gülay, Mirzəyeva Ramilə məlumat verdi.  Seminar diskussiya şəklində davam etdirildi.

Keçidlər