Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

19 sentyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidməti,Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi Orxan Mürsəlov, İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Kəpəz Qənbərov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Nəsibov Faxrəddin Qasım oğlu İstixana kənd ümumi orta məktəbində  içməli suyun təşkil edilməsi üçün su çəninin qurulub yerləşdirilməsinə köməklik göstərilməsini xahiş etdi.
2. İsayev Ayxan Elşən oğlu həyətyanı torpaq sahəsinin ayrılmasına köməlik göstərilməsini xahiş etdi.
  3. Həsənova Sahidə Hadı qızı İstixana kəndində Tibb məntəqəsinin tikilməsinə köməlik edilməsini xahiş etdi.
4. Qasımov Habil İlyas oğlu İstixana kəndində içməli su üçün subartezyan quyusunun qazılmasına köməlik edilməsini xahiş etdi.
5. Əliyev İlqar Hüseyn oğlu İstixana kəndinə əlavə telefon nömrələrinin və internet xəttlərinin veilməsinə köməlik edilməsini xahiş etdi.
6. Həsənov Elman Hacı oğlu İstixana kəndi ərazisində olan kanalizasia quyusunun doldurulmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər