Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

13 sentyabr 2019 | 16:00

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti satış xidməti sentyabrın 14-də isə Samux rayonunun Poylu kəndində həyata keçiriləcək.
Səyyar satış zamanı tələb olunan sənədlər təqdim edilməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə almaq mümkündür.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.
Bakı,  AZƏRTAC

Keçidlər