Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

10 sentyabr 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədova  Elmira  Yasin  qızı qaz təzyiqinin normaya uyğun verilməsini xahiş etdi.
2. Məmmədli  Həsən  Qəhrəman oğlu pay torpaq sahələrinin suvarılması  üçün  yeni  subartez  quyusunun  qazılmasına kömək edilməsini xahiş etdi.
  3. Abdullayeva  Ruzanə  Mirzə  qızı küçələrdəki sahibsiz  itlərin zərərsizləşdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər