Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 3 min 329 hektar sahədə əkilmiş günəbaxandan bol məhsul gözlənilir

06 sentyabr 2019 | 16:00

Samux rayonunda 2019-cu ilin məhsulu üçün 3 min 329 hektar sahədə dən üçün günəbaxan əkilib. Günəbaxan əkini sahələrinin 214  hektarı kənd təsərrüfatı müəssisələrinin, 3 min 115 hektarı isə əhali təsərrüfatlarının payına düşür.
Qeyd edilib ki, bu məhsulun satış bazarları olduğuna görə əkin sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən daha geniş istifadə edilir. Artıq, bitkinin becərilməsi qaydaları da kənd zəhmətkeşləri tərəfindən yüksək dərəcədə mənimsənilib. Beləliklə, əvvəlki illərin məhsuldarlığı nəzərə alınaraq bu il təsərrüfatlardan 6 min 200 tondan artıq məhsulun toplanacağı proqnozlaşdırılır.

Keçidlər