Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplamış məzunlarla görüş keçirildi.

23 avqust 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı   Alı Qocayevin hər il ali məktəblərə yüksək balla qəbul olan məzunlarla  görüş keçirməsi, tələbə adını qazanan məzunları onların  valideynlərini, müəllimlərini təbrik etməsi, onlara xoş arzularını çatdırması, qiymətli hədiyyələrlə mükafatlandırması artıq bir ənənəyə çevrilib. Bu gün də bu ənənə davam etdiririlir.
Ilk olaraq Samux  Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iştirakçıları salamladı, rayon təhsilinə başucalığı, şərəf gətirmiş 2 nəfər 600-dən yuxarı bal toplamış, 21 nəfəri isə 500-dən yuxarı bal toplamış məzunları onların  valideynlərini və müəllimlərini təbrik edərək xoş arzularını çatdırdı və təhsilə dövlət qayğısından danışdı.
Qeyd edildi ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların sayı  171 nəfərə çatmışdır.  Görüşdə qəbul imtahanları zamanı 500-dən yuxarı bal toplamış məzunlara və onların müəllimlərinə Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev  tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifaları ilə davam etdirildi.
Tələbə adını qazanmış məzunlarla görüş, xatirə şəklinin çəkilməsi ilə başa çatdırıldı.

Keçidlər