Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarabağlar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

08 avqust 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Qarabağlar  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidməti,Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi Orxan Mürsəlov, İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qarabağlar  kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Fərrux Rəsul oğlu yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
2. Məmmədova Raya Səməd qızı yeni yaşayış massivinə elektrik xəttlərinin çəkilməsini xahiş etdi.
  3. Aslanov Zərqəm Sosialist oğlu içməli su xəttinin çəkilməsini xahiş etdi xahiş etdi/
4. Aslanov Arzuman Qoca oğlu pay torpağının suvarılmasında köməklik göstərilməsini xahiş etdi.
5. Vəliyev Üzeyir Bəylər oğlu pay torpağına gedən su arxının qonşunun torpağından keçdiyi üçün narazılıq yaranmışdır. Bu barədə  köməklik göstərilməsini xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər