Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində xalq yazıçısı Hüseyn İbrahimovun 100-illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

07 avqust 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində xalq yazıçısı Hüseyn İbrahimovun 100-illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında Hüseyn İbrahimovun həyat və yaradıcılığından onun ədəbi, bədii, ictimai fəaliyyətindən danışdı. O, vurğuladı ki, Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır. Bundan sonra o, öz hekayələrini dövri mətbuatda müntəzəm olaraq çap etdirmişdir. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Hüseyn İbrahimov "Qu quşları öləndə oxuyurlar" əsərini və Hüseyn Cavidə həsr etdiyi "Böhtan" adlı romanını 1998-ci ildə başa çatdırmışdır. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Həmçinin Əziz Nesinin (Türkiyə), Murad Sibainin (Suriya), Şixata Ubeydin (Misir) və Abdulla Qəhharın (Özbəkistan) bir sıra hekayələrini dilimizə çevirmişdir. Onun "Torpağın övladları" və "İtirilən sağlıq" pyesləri tamaşaya qoyulmuşdur. Hüseyn İbrahimov SSRİ yazıçılarının II və III qurultaylarında nümayəndə kimi iştirak etmişdir. O, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi və Azərbaycan Yazıçılar İttifaqı plenemuna dəfələrlə üzv seçilmişdir.
Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Namazova Gülay, Namazova Ceyhunə və Azərbaycan Texnologiya Universitetinin II kurs tələbəsi Quliyeva Zeynəb mövzu ətrafında çıxışlarını davam etdirdilər. Ədibin yaradıcılığının daha geniş şəkildə təbliğinin vacib olmasını vurğuladılar.

Keçidlər