Şriftin ölçüsü :

Saytın rəngi :

Samux: aqrar sahədə məhsuldarlıq yüksəkdir

07 avqust 2019 | 16:00

Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samux rayonunda sahələrdən yüksək məhsul götürmək üçün lazımi tədbirlər həyata keçirilib və cari ilin birinci yarısında 43537,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz yüksəkdir.
Bu ilin məhsulu üçün 9623 hektar sahədə taxıl əkilib ki, onun da 5941 hektarı buğda, 3682 hektarı dən üçün arpadır. Cari ildə 7254,3 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Onlardan 369 hektarı şəkər çuğunduru, 3329 hektarı dən üçün günəbaxan, 334 hektarı kartof, 697 hektarı tərəvəz, 272 hektarı bostan, 456 hektarı qarğıdalı və 14 hektarı çəltik məhsullarıdır.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər