Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

31 iyul 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Aşağı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Aşağı Ağasıbəyli  kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Kərimov Etibar Cavad oğlu istifadə etdiyi internet sürətinin zəif olduğu üçün köməklik göstərilməsini xahiş etdi.
  2. Kazımov Tariyel Bəndər oğlu Ceyranyer adlanan ərazidə 1 (bir) ədəd subartezian quyusunun qazılmasını xahiş etdi.
  3. Sadıqov Cavad Tahir oğlu Qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər