Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 450 yeni iş yeri açılıb

29 iyul 2019 | 16:00

Bu ilin birinci yarısında Samux rayonunda 450 yeni iş yeri açılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, açılmış iş yerlərinin 375-i daimidir.
Daimi iş yerlərinin 95-i mövcud müəssisə və təşkilatlar, 12-i yeni yaradılmış müəssisə və təşkilatlar, 268-i isə fiziki şəxslər tərəfindən yaradılıb. Digər tədbirlər üzrə 75 yeni iş yeri açılıb.
Qeyd edilib ki, hazırda rayonda yeni istixanaların və aqroparkların yaradılması yeni iş yerlərinin açılmasında və bununla da işsizlik probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər