Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb

26 iyul 2019 | 16:00

Bu ilin birinci yarısında Samux rayonunun təsərrüfatlarında 43537,5 min manat kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz çoxdur. O cümlədən 21883,8 min manat bitkiçilik məhsulları və 21653,7 min manat heyvandarlıq məhsulları istehsal olunub.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin 1 iyul tarixinə olan məlumata əsasən, taxıl sahələrindən 19291 ton buğda, 12698 ton arpa götürülüb.
Bundan əlavə sahələrdən 1227,4 ton kartof, 8707,7 ton tərəvəz, 39383,9 ton yem bitkiləri, 2388,5 ton meyvə və giləmeyvə yığılıb. Hazırda rayonda məhsul yığımı davam edir.
Samux, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər