Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi

22 iyul 2019 | 16:00

Samuxda Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə tədbir  keçirildi. Görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev əlamətdar gün münasibətilə KİV nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, 1875-ci il iyulun 22-də bütün türk və müsəlman dünyasında ilk dəfə böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşr edilib. H.Zərdabi bu qəzet vasitəsilə əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani), Seyid Əzim Şirvani və başqa şəxslərlə birgə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadın hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib.
Xalqın milli ruhunu ifadə edən bu qəzetin cəmi  56  nömrəsi çapdan çıxıb. “Əkinçi”nin yaydığı maarifçilik ideyaları sonrakı dövrlərdə digər qəzet və jurnallarda davam etdirilib. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Açıq söz”, “Şərqi-Rus”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarda əks olunan demokratik fikirlər, milli ideyalar, müstəmləkəçilik və Şərq istibdadı əleyhinə çıxışlar, cəhalət, xurafat və fanatizmin tənqidi, eləcə də ictimai tərəqqi və xalqın rifahının yüksəldilməsi uğrunda çıxışlar Azərbaycanda milli dövlət qurulması ideyasına gətirib çıxarıb.
Alı Qocayev ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi naminə həyata keçirdikləri böyük işlərdən də söz açıb.
“Yeni Samux” qəzetinin Baş redaktoru Azər Əhmədov  çıxış edərək ölkə və region mətbuatının hazırkı vəziyyətindən, həmçinin Samux rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən danışıblar.
“Yeni Samux” qəzetinin Baş redaktoru Azər Əhmədov  “Fədai” medalı və “Fəxri fərmanla” təltif edildi.

Keçidlər