Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2019-cu ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu uğurla aparılmışdır.

17 iyul 2019 | 16:00

Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı və heyvandarlıq məhsullarının  istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyuyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
                  Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
                  2019-cu ilin məhsulu üçün 22367 hektar sahə əkin altında olmuşdur.
     2019-cu ilin məhsulu  üçün 2018-ci ildə  rayon  üzrə   bütün  təsərrüfat  kateqoriyaları daxil olmaqla dən və yaşıl yem üçün 9546 hektar sahədə  payızlıq taxıl  səpini  aparılmışdır. Payızlıq taxıl  səpininin 8811 hektarı və yaxud 92,3 faizi dən  üçün, 735 hektarı və yaxud 7,7 faizi xəsil məqsədi ilə aparılmışdır. Dən üçün aparılmış taxıl səpininin 5267 hektarı və yaxud 59,8 faizi  buğda, 3544 hektarı  və  yaxud 40,2 faizi dən  üçün  arpa  olmuşdur.
      2018-ci ilin məhsulu üçün isə 10610 hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl səpini aparılmışdır. Payızlıq taxıl səpininin 9823 hektarı və yaxud 92,6 faizi dən üçün, 787 hektarı və yaxud 7,4 faizi xəsil məqsədi ilə aparılmışdır.  Dən üçün aparılmış taxıl səpininin  6183  hektarı  və  yaxud  62,9 faizi  buğda,  3640  hektarı  və  yaxud  37,1 faizi dən üçün arpa olmuşdur.
Dən və yaşıl yem üçün payızlıq taxıl səpininin əvvəlki illə müqayisəsində azalma müşahidə olunmuşdur. Belə ki, payızlıq səpinlər 1064 hektar və yaxud 10,0 faiz az  aparılmışdır.Dən və yaşıl yem üçün payızlıq taxıl səpininin 198 hektarı və yaxud 2,1 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 3767 hektarı və yaxud 39,5 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 5581 hektarı və yaxud 58,4 faizi  ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Keçən illə müqayisədə dövlət kənd  təsərrüfatı  müəssisələrində 58 hektar və yaxud 22,7 faiz , ailə kəndli və ev təsərrüfatlarında 260 hektar və yaxud 4,5 faiz, qeyri- dövlət kənd  təsərrüfatı müəssisələrində isə 746 hektar və yaxud 16,5 faiz az , ümumilikdə 1064 hektar və yaxud 10,0 faiz az   payızlıq taxıl səpini aparmışlar.
      Artıq tarlalarda 2019-cu ilin məhsulu üçün  yazlıq bitkilərin səpini demək olar ki,  başa çatmışdır. 01 iyun 2019-cu il tarixinə təqdim edilmiş 4-kt N-li əkinlərin qəti uçotuna dair  hesabatlara əsasən bütün təsərrüfat kateqoriyaları daxil olmaqla və toxumluq üçün əkilmiş tərəvəzi də nəzərə almaqla 7404 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
Yazlıq bitkilərin əkinində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şəkər çuğunduru, cari ildə əkilmiş çoxillik otlar, pambıq və toxum məqsədi ilə əkilən tərəvəz istisna olmaqla 157 hektar və yaxud 2,2 faiz artım  müşahidə olunmuşdur.
      Aparılmış yazlıq səpinin 657 hektarı və yaxud 8,9 faizi çoxillik otlar, 334  hektarı və yaxud 4,5 faizi kartof, 697 hektarı və yaxud 9,4 faizi tərəvəz, 3329 hektarı və yaxud 45,0 faizi günəbaxan, 369 hektarı və yaxud 4,9 faizi şəkər çuğunduru, 197 hektarı və yaxud 2,7 faizi yazlıq arpa, 862 hektarı və yaxud 11,6 faizi yazlıq buğda, 21 hektarı və yaxud 0,3 faizi  paxlalılar, 14 hektarı və yaxud 0,2 faizi çəltik, 149 hektarı və yaxud  2,0 faizi  tərəvəz (toxumluq), 457 hektarı və yaxud 6,2 faizi qarğıdalı, 272 hektarı və yaxud  3,7 faizi bostan, 16 hektarı və yaxud 0,2 faizi birillik otlar, 30 hektarı və yaxud 0,4 faizi vələmir  olmuşdur.
      Toxumluq tərəvəzdə nəzərə alınmaqla mülkiyyət növləri üzrə 2019-cu ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin səpininin 183 hektarı və yaxud 2,5 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 1661 hektarı və yaxud 22,4 faizi qeyri- dövlət kənd təsərrüfatı müəssisələrinin, 5560 hektar və yaxud 75,1 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
    
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin səpinində qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində 639 hektar və yaxud 62,5 faiz, dövlət kənd təsərrüfatı müəssisələrində isə 76 hektar və yaxud 71,5 faiz artım, ailə kəndli və ev təsərrüfatlarında 558 hektar və yaxud 9,2 faiz azalma  müşahidə olunmuşdur.
      Aparılan müşahidələrə əsasən qeyd etmək olar ki, artıq təsərrüfatlar açıq torpaq sahələri ilə yanaşı olaraq, örtülü torpaqlarda (istixana komplekslərində) əkin aparmağa daha çox maraq göstərir. Bu təqdim olunan hesabatlardada öz əksini tapmışdır. Belə ki, təqdim olunan hesabatlara əsasən 2019-cu ilin məhsulu üçün  təsərrüfatlar bu istixanalarda 52,1 hektar sahədə tərəvəz bitkiləri əkmişdir. İstixanalarda əkilən tərəvəzin 6,0 hektarı və yaxud 11,5 faizini xiyar, 46,1 hektarı və yaxud 88,5 faizini pomidor  təşkil etmişdir.
       Kənd təsərrüfatının davamlı inkişafını, məhsul istehsalçılarının gəlirlə işləməsini, istehlakçıların mənafelərinin müdafiə olunmasını təmin etmək üçün maliyyə imkanları artdıqca bu sahəyə göstərilən dövlət dəstəyinin həcmi də artır və əhatə dairəsi genişlənir. 
                                                                                                   
                               Samux Rayon Statistika İdarəsi

Keçidlər