Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraarx qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

03 iyul 2019 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qaraarx  qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraarx  qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Quliyev Məhəmməd Kərəm oğlu  Qaraarx qəsəbəsinin ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini xahiş etdi.
2. İsmayılova Dəstə Əbil qızı qəsəbədə orta məktəbin və uşaq bağçasının əsaslı təmir edilməsini xahiş etdi
3. İbrahimov Asif Əliyusif oğlu əkin sahələrinin suvarılması üçün baş su arxların təmizlənməsini xahiş etdi
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər