Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "26 iyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" qeyd edildi.

26 iyun 2019 | 16:00

26 iyun 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin, Gəncə Regional Mədəniyyət şöbəsinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə Samux rayon ərazisində yerləşən n saylı hərbi hissənin şəxsi heyyəti ilə görüş təşkil edildi.  Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev hərbi hissənin şəxsi heyyətinə və bütün hərbi qulluqçulara "26 iyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin təbriklərini çatdırdı,   öz adından təbrik edərək Azərbaycan əsgərinin gücündən, ordumuzun qüdrərətindən danışdı. Qeyd etdi ki, Xalq Azərbaycan əsgərinə, ordusuna inanır, güvənir. Tədbirdə Samux şəhər  uşaq musiqi məktəbinin təşkil etdiyi  vətənpərvər və şən musiqilər ifa olundu. Əsgərlər arasında rəqs  müsabiqəsi təşkil olundu. Çıxış edən n saylı hərbi hissənin rəhbərliyi təbriklərə qoşularaq göstərilən diqqət, qayğıya görə öz təşəkkürünü bildirdi.  Daha sonra Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr əsgərlərə təqdim olundu.Əziz Xalqımız "26 iyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" nüz mübarək! Tanrı Azərbaycan ordusunu qorusun.

Keçidlər