Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü" qeyd edildi.

24 iyun 2019 | 16:00

Heydər Əliyev adına istirahət parkında Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə açıq rayon birinciliyi təşkil olundu. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, Samux Kikboksinq Klubunun rəhbəri Elnur Salamov, məşqçi-müəllim Anar Cəlilov yarış iştirakçılarına uğurlar arzuladılar.   Yarışın təşkil olunmasında məqsəd “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması”  nın təntənəli şəkildə qeyd  edilməsi, idmançıların azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordumuza qarşı məhəbbət hissinin aşılanması, uşaq və yeniyetmələr arasında sərbəst güləş idman növünü  inkişaf etdirmək, güləşçilər  arasında vətənpərvərlik  ruhunu yüksəltmək, güləşçilərin idman dərəcələrini artırmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və yarış təcrübələrinin və peşəkarlıq səviyyələrinin  artırılması, idmanın kütləviliyinin artırılmasıdır. Yarışda 20,   23,   26,   29,   32,  35,  38,  42,  47,  50,  55+  kq çəki dərəcələrində  və 2005, 2006, 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü uşaq və yeniyetmələr iştirak etdilər.Açıq birincilikdə Samuxlu idmançılardan başqa qonaq qismində Gəncə, Yevlax, Şəmkir, Tərtər, Mingəçevir və Ağdaş komandaların  iştirak etdilər. Yarış uğurla sona çatdı. Qaliblər diplom və medallarla mükafatlandırıldı.

Keçidlər