Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Seyidlər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

18 iyun 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Seyidlər    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Seyidlər      kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədova Firduz Qəhrəman qızı Seyidlər-Qədili kəndinə yeni marşurut xəttinin açılmasını  xahiş etdi.
  2. Şubliyev Məhəmməd Həsən oğlu Seyidlər kəndinə verilən qaz xəttinin Şəmkir rayonundan ayrıb Samux rayonuna verilməsinə köməklik göstərilməsini  xahiş etdi.
  3. Şəfiyev Əli İmamqulu oğlu Elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz edilməsini   xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər