Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “15 iyun-Milli Qurtuluş Günü “ münasibəti ilə ümumrayon tədbiri keçirildi

13 iyun 2019 | 16:00

“15 İyun- Milli Qurtuluş Günü” münasibəti  ilə  YAP Samux rayon təşkilatının  akt  zalında tədbir  keçirilmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
      Yığıncaqda rayon İcra Hakimiyyəti başçısının aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişdir.
         Tədbir “Milli Qurtuluşdan intibaha” adlı sənədli filmin nümayişi ilə başladı.
       Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir.
      Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür. Hamımızın qəlbində yaşayan, sevgilərimizin məbədinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına bütün samuxlular hər zaman sadiq  qalacaqlar.
     Tədbirdə çıxış edən natiqlər çıxışlarında ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğunu xüsusi vurğulamışlar.

Keçidlər