Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “15 İyun-Milli Qurtuluş gününə” həsr edilmiş dəyirmi masa keçirildi.

12 iyun 2019 | 16:00

Bu gün YAP Samux rayon təşkilatında 15 İyun-Milli Qurtuluş gününə həsr edilmiş dəyirmi masa keçirildi.Tədbirdə Gənclər Birliyinin üzvləri, Qadınlar Şurasınnı üzvləri və veteran partiya üzvləri iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, o zaman çox mürəkkəb dövr idi. Bir sıra qüvvələr bütün imkanlardan istifadə edib, hakimiyyətə gəlmək istəyirdilər. Onlar ümummilli lider Heydər Əliyevin də hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Bunun üçün müxtəlif imkanlardan istifadə edir, məhdudiyyətlər yaradırdılar. Bunlardan biri də yaş senzinin tətbiq edilməsi idi. Hətta onu müdafiə edənlər həbs edilirdi. Buna baxmayaraq, xalq ulu öndəri dəstəklədi və onu hakimiyyətə gətirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi təkcə bu dövlətin qorunub saxlanması, onun sabitliyinin, təhlükəsizliyinin təməl prinsiplərinin hazırlanması ilə bitmədi, eyni zamanda məhz bu parçalanma prosesinin qarşısını aldı. Bu prosesin dayanması özü çox böyük tarixi hadisədir.
Tədbirdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasını sədri Kəmalə Xəlilova çıxış edərək bildirdi ki, bizim bu günümüz də Heydər Əliyevlə bağlıdır. Biz hər gün onun ruhunu, fikirlərini, mövqeyini mürəkkəb proseslərdə görürük, hiss edirik, duyuruq. Heydər Əliyevin qoyduğu təməl prinsipləri üzərindəki yolu indi xalqına, dövlətinə, millətinə bağlı olan prezident İlham Əliyev davam etdirir. Sabitliyin bu günədək davam etməsi Heydər Əliyev dühasının töhfəsidir. Eyni zamanda, bu sabitlikdən əlavə, böyük inkişafın olması Azərbaycanın müstəqillikdən sonra böyük tarixi nailiyyətidir. Bizim sabitliyimiz və inkişafımız heç bir ölkə ilə müqayisə oluna bilməz
Sonra YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Qurban Həsənov 20-ci əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk aylarında Naxçıvan Muxtar Respublikasındakı ağır ictimai-siyasi vəziyyətdən, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtmasından və YAP-ın yaradılmasından sonra vəziyyətin yaxşılığa doğru necə dəyişməsindən bəhs edib. Onun fikrincə, ölkədə stabilliyin və əmin-amanlığın yaranmasında, Azərbaycan xalqının səfərbər olmasında YAP-ın xüsusi rolu olub. 1993-cü ildə separatçı Əlikram Hümbətovun Talış-Muğan Respublikası yaratması, Sürət Hüseynovun rəhbərliyi ilə Gəncədə üsyanın baş verməsi həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyətin necə ağır olduğunun göstəricisidir. Məhz belə bir çətin dövrdə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ölkəni parçalanmadan, fəlakətlərdən xilasLetdi.
Daha sonra dəyirmi masada çıxış edən çıxış edən veteran partiya üzvlərindən Şəmistan Yusifov, Gülağa Hüseynov, Gəray Bayramov və Azər Əhmədov çıxış edərək, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdiyini və bu baxımdan Azərbaycanın varlığının məhz 1993-cü ilin 15 iyunundan başladığını bildirdilər.
Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığından xəbər verir.

Keçidlər