Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük mütəfəkkiri, təsəvvüf elminin şahı sayılan dahi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir təşkil edildi

12 iyun 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük mütəfəkkiri, təsəvvüf elminin şahı sayılan dahi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar, silsilə tədbirlərin davamı olaraq Samux rayon Ziyadlı kənd kitabxanası və Samux rayon qarayeri qəsəbə 1 saylı məktəb-liseyin şagirdləri ilə birgə disput təşkil edildi.
Girişdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Nəsimi yaradıcılığından bəhs edərək vurğuladı ki, Nəsimi elə bir sönməz günəşdir ki, onun ziyasında beyinlər, ruhlar min illər keçsə də bəhrələnəcək. Çıxışı davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Cabbarova Aygül Nəsimi yaradıcılığında təsəvvüf elminə duyulan maraqdan, ilahi sevgidən danışdı. Samux rayon Ziyadlı kən kitabxanasının müdiri Laləzar xanım da kitabxanaya müraciət edilən ədəbiyyatlar arasında Nəsimi ilə bağlı kitablara daha çox tələbat olduğundan söz açdı və bunun çox sevindirici hal olduğunu qeyd etdi. Məktəblilər Nəsimi yaradıcılığına niyə maraq duyduqlarını, onları Nəsimi yaradıcılığında cəlb edən tərəflər, Nəsimi yaradıcılığı müasir gənclərimizin gözü ilə kimi məsələlər ətrafında müzakirələr aparıldı.

Keçidlər