Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Burunqovaq kəndində taxıl biçini uğurla davam etdirilir

07 iyun 2019 | 16:00

Samux  rayon bütün kəndlərində olduğu kimi Burunqovaq kəndində də taxıl biçini uğurla davam etdirilir.  Burunqovaq kəndi rayon mərkəzindən 75 kilometr məsahədə  yerləşir. 194  ailə təsərrüfatından ibarət kənddə 690 nəfər yaşayır. Kənddə ümumilikdə 330 hektar taxıl əkilmişdir ki,  bunlardan da 110 hektarı buğda və 220 hektarı isə arpadır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olduğundan bu kənddə təsərrüfat ənənələri çox inkişaf etmişdir. Bir neçə gün bundan qabaq başlayan biçində artıq  113 hektar arpa sahəsi biçilmişdir. Məhsuldarlıq isə orta hesabla  36 sentnerdən artıqdır.
Burunqovaq kənd əhalisi ilə görüşən Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev sakinlərə təsərrüfat işlərində uğurlar arzulayaraq qulluq etdikləri əkin sahələrinə baxdıqdan sonra bol məhsul götürəcəklərinə inandığını bildirdi.
Kənd sakinləri adından çıxış edən Alıyeva Qəndab Məhəmməd qızı ölkəmizdə sərbəst təsərrüfat fəailiyyəti göstərmək üçün yaradılmış şəraitə görə ölkə rəhbərinə öz minnətdarlığını bildirdi.

Keçidlər