Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin 2018-2019-cu il üzrə hesabat konserti keçirildi.

03 iyun 2019 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin 2018-2019-cu il üzrə hesabat konserti keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbir iştirakçılarını salamladı. Ulu öndər Heydər Əliyevin öz xalqına, mədəniyyətinə verdiyi dəyərdən danışdı. Onlara bol uğur arzuladı. Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin direktoru Səadət Məmmədəyova çıxışında bütün kollektivinə və şagirdlərinə uğurlar arzuladı öz təşəkkür və minnətdarlığını çatdırdı. Samux rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova uşaqlara öz xoş söz və səmimi duyğularını çatdırdı. Dövlətimizin istedadlı gənclərə daim dəstək olmasından bəhs etdi. Çıxış üçün söz alan Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev tədbirlə bağlı fikirlərini irad və təkliflərini bildirdi və hər birinə uğurlar arzuladı.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi başladı. Uşaqlar böyük həvəs və bacarıqla öz nömrələrinin öhtəsindən böyük ustalıqla gəlməyi bacardılar. Samux rayon Heydər Əliyev Mərkəzi adından bütün istedadlı balalarımıza uğrlar arzulayırıq.

Keçidlər