Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 6177 hektar sahədə yazlıq əkin aparılıb

31 may 2019 | 16:00

Samux rayonunda 6177 hektar sahədə yazlıq əkin aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə sahələrdə 1231,5 hektar dənli və dənli-paxlalı bitkilər – 431 hektar buğda, 623 hektar arpa, 169,5 hektar dən üçün qarğıdalı, 8 hektarda isə digər dənli və dənli-paxlalı bitkilər əkilib. 3343 hektarda texniki bitkilər, 1065 hektarda isə kartof, tərəvəz və bostan bitkiləri, becərilib. Builki yem bitkilərinin ümumi sahəsi isə 537,5 hektar təşkil edib.
Sahələrdə, ümumilikdə, 701 nəfər mövsümi işlə təmin olunub.
Samux, 31 may, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər