Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əməkhaqqları 13,7 faiz artmışdır

31 may 2019 | 16:00

2019-cu ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5552 nəfər olmuşdur ki, onların da 3284 nəfərini qadınlar təşkil etmişdir. Orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7   faiz  artaraq   314,2  manat olmuşdur. 2003-cü ilə nisbətən əməkhaqqlarında 9,4 dəfə artım müşahidə olunmuşdur.

      Muzdlu işçilərin 4196  nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1356 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
                       2019-cu ilin yanvar-mart ayları ərzində muzdlu işçilərin sayının  37,9    faizi təhsilin, 7,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi ilə məşğul olan idarə, müəssisə, təşkilatların, 2,2 faizi, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı ilə məşğul olan idarə, müəssisə təşkilatların,  8,5  faizi dövlət idarə etmə, müdafiə, sosial təminat orqanlarının, 1,6 faizi nəqliyyat və anbar təsərrüfatı,  1,1 faizi informasiya və  rabitənin,  14,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,9 faizi tikintinin, 2,6 faizi fəaliyyəti su təchizatı, tullantıların təmizlənməsi və emalı olan idarə, müəssisə, təşkilatların,10,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatının, 8,1 faizi istirahət, əyləncə   və incəsənət sahəsində fəaliyyəti göstərən təşkilatların, 3,3 faizi isə iqtisadiyyatın  digər fəaliyyət növləri ilə məşğul olan sahələrinin işçiləri  olmuşdur.

Samux Rayon Statistika İdarəsi

Keçidlər