Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan və uşaqlar” adı altında tədbir keçirildi.

22 may 2019 | 16:00

22.05.2019-cu il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan və uşaqlar” adı altında tədbir keçirildi. Məktəblilər öncə Mərkəzin ekspozisiya zalında ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən ekspozisiya zalı ilə bələdçinin müşayəti ilə tanış oldular. Film izlədilər.
Tədbiri açıq elan edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bildirdi ki, ölkəmizin yerləşdiyi mövqeyindən, həmçinin zəngin yerüstü və yeraltı sərvətlərə sahib olması səbəbiylə daim yadellilərin işğalına məruz qalmışdır. Gülüstan, Türkmənçay müqavilələrindən sonra Azərbaycanımızın ürəyi ikiyə parçalandı. Azərbaycanın güneyi indiki İranın tərkibində, quzeyi indiki Azərbaycan isə Rusiyanın tərkibinə qatıldı. Lakin mübariz xalqımız əsarət buxovlarını daim darmadağın etməyi bacarmışdır. 1918-ci ildə xalqımız öz gücünü toplayaraq şərqin ilk demokratik respublikasını qurmağı bacardı. Baxmayaraq ki, Azərbaycan cumhuriyyətinin varlığı çox yaşamadı lakin bu xalqın özünə gəlməsi üçün bir təkan oldu. O, həmçinin məktəbliləri qarşıdan gələr “28may Respublika günü” münasibətilə də təbrik etdi. Sonra çıxışını davam etdirərək, bildirdi ki, o zamankı siyasi qarışıqlığa baxmayaraq xalq yenidən ayağa qalxdı və Azərbaycan öz müstəqilliyini elan etdi. Ulu öndər Heydər Əliyev isə hakimiyyətə gəldikdən sonra yenicə qurulmuş, sovetlərin tərkibindən ayrılmış müstəqil Azərbaycanımızın inkişaf etdirmək üçün əlindən gələni əsirgəmədi və bu günkü inkişaf edən Azərbaycanımızı bizə əmanət etdi.
Çıxışı davam etdirən Samux rayon Qarabağlılar kənd tam orta məktəbinin müəlliməsi Budaqova Mirvari öz fikirlərini söylədi.
Daha sonra uşaqlarla birlikdə müstəqil Azərbaycanımızda yaşayan uşaqların hansı səbəblərdən müstəqilliyimiz dəyərlidir? Sualı və mövzu ətrafında fikirləri dinlənildi. Onlar öz çıxışlarında öz dilimizdə yazıb oxumaq, bayrağımıza, öz himnimizə, gerbimizə, ordumuza sahib olmağımız kimi dəyərlərindən danışdılar. Hətta Azərbaycanın güneyində yaşayan milyonlarla bacı qardaşlarımızın öz dillərində məktəblərin olmamasından bəhs etdilər və bu gün öz dilimizdə məktəblərin olmasından, öz dilimizdə yazıb oxumağımızın, müstəqilliyimizin nə qədər dəyərli, əvəzsiz olmasını vurğuladılar. Gələcək də bizə əmanət qoyulmuş dövlətimizin, bayrağımızın, dilimizin var olması üçün çalışacaqlarından bəhs etdilər.

Keçidlər