Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin pedoqoji heyəti və şagirdləri tərəfindən Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsi yad edilib

22 may 2019 | 16:00

Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin pedoqoji heyəti və şagirdləri tərəfindən Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsi yad edilib.Məktəblilər həmçinin Milli Qəhrəmanı daha yaxından tanımaq üçün onun böyüdüyü doğma ocağa baş çəkərək valideynləri ilə görüşüblər. Məqsəd şagirdlərdə olan vətənpərvərlik hislərinin gücləndirilməsi və hər kəsə nümunə ola biləcək gənc nəsil yetişdirməkdir.Qeyd edək ki, Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 2009-cu il iyunun 18-də hərbi xidmət zamanı Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girərək özünü qumbaranın üzərinə atıb və öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas etmişdir.

Keçidlər