Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

15 may 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Hacalılı    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Hacalılı     kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Salmanov Zülfiqar Ərşad oğlu Qobu deyilən ərazidə yeni 2 (iki) ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
  2. Əliyev Rəhman Fikrəddin oğlu  kənddə əhalinin istifadəsi üçün nəzərdə tutulmuş transformatorun ətrafında təhlükəsizlik hasarının çəkilməsini xahiş etdi.
  3. Əliyev Sərxan Dunay oğlu  kənd ərazisində əhalinin kanlizasiya sularını küçələrdən keçən su arxlarına axıdılmasının qarşısını alınmasına köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər