Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün torpaq sahəsi ayrılıb

11 may 2019 | 16:00

Respublikanın hər bir bölgəsində olduğu kimi, Samux rayonunda da əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi, habelə səhiyyə infrastrukturunun müasirləşdirilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayon mərkəzi xəstəxanasının tikintisi üçün ilkin olaraq bir milyon manat vəsait ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayon mərkəzi xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işlərinə başlanılıb.
Yaxın vaxtlarda xəstəxananın tikintisinə başlanılacaq.
Samux, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər