Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisinə 1 milyon manat ayrılıb

08 aprel 2019 | 16:00

Prezident İlham Əliyev aprelin 8-də “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.
Bakı, 8 aprel, AZƏRTAC

Keçidlər